WTI markalı neft ucuzlaşır

Sentyabrın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 2,13 dollar və ya 2,0% azalaraq 1 barelə görə 107,39 dollar olub. SİA-nın xəbərinə görə, sentyabrın 10-da ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,47 dollar və ya 2,2% azalaraq 111,25 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə