10-12 sentyabr 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və PwC Azərbaycan, Avropa Birliyi tərəfindən dəstəklənən və maliyyələşdirilən "INOGATE" layihəsi çərçivəsində enerji səmərəliliyi sahəsində seminar təşkil edir. SAM-dan SİA-ya verilən məlumat görə, "Kadr potensialının gücləndirilməsi: İnvestisiya layihələri üçün sənaye sahəsində enerji audit təhlili" mövzusunda olan seminar "İNOGATE"-in bu sahədə ixtisaslaşmış ekspertləri, Davamlı enerji üzrə aparıcı mütəxəssis Lari Qud, Sertfifikatlı Enerji Auditi, baş mütəxəssis Ali Korakan və Bankişi üzrə baş mütəxəssis Irakli Vardiqoreli tərəfindən həyata keçirilir. Qeyd olunan seminarın əsas məqsədi bu sahə ilə məşğul olan auditoriyaya təlim keçmək və onların potensialını artırmaqdır.
Tədbir enerji audit təhlili sahəsində, hesabatın hazırlanmasında mühüm addımlardandır.
Tədbirdə yuxarıda qeyd olunan sahə ilə məşğul olan 30 mühəndisin və ekspertin iştirakı nəzərdə tutulub.
Seminarın məntiqi yekunu kimi, iştirakçılar tərəfindən davamlı enerji layihələri üçün investisiya qoyuluşuna dair planlar təqdim olunacaq.
Qeyd edək ki, seminarın yekununda iştirakçılara müvafiq sertifikatların verilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB