Nazirlik: "Yarmarkaya 500 ton bal məhsulu çıxarılacaq"

Nazirlik: "Yarmarkaya 500 ton bal məhsulu çıxarılacaq"

"Sabah Bakıda keçiriləcək arıçılıq məhsullarının XIV respublika sərgi-satış yarmarkasına 500 tondan çox bal məhsulları çıxarılacaq". Bu barədə SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. Onun sözlərinə görə, bal məhsulu içərisində 40 kiloqram çiçək tozu, 3 kiloqram arı südü və 10 kiloqram vələmur olacaq: "Yarmarka bir ay, yəni sentyabr ayının 5-dən oktyabr ayının 5-dək Bakı şəhəri Dənizkənarı Bulvarın yaxınlığında yerləşən Dəniz Vağzalının salonunda təşkil olunacaq. Yarmarkada 47 rayondan 320 nəfər arıçı iştirak edəcək. Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında balın 1 kiloqramı 15 manata satılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə