Nazir: "Azərbaycanın tranzit imkanlarından istifadədə maraqlıyıq"
"Əfqanıstan Azərbaycanın tranzit imkanlarından istifadədə maraqlıdır və artıq bu barədə Türkmənistanla danışıqlar aparır". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında Əfqanıstanın təbii sərvətlər və neft naziri Vahidullah Şahrani belə deyib.
Onun sözlərinə görə, Əfqanıstan və Azərbaycan ölkə başçıları arasında tranzit və əməkdaşlıq məslələri müzakirə olunub: "Əfqanıstanın tranzit yolu Türkmənistana qədər uzadılacaq. Bunun üzərində iş aparılır. Bu iş qısa bir zamanda bitəcək. Əfqanıstan rəhbərliyinin göstərişi ilə bu sahəyə böyük diqqət yetirilir".
Əfqanıstan naziri Azərbaycan və Əfqanıstan arasında davam edən münasibətləri də şərh edib: "İki ölkə arasında tarixi keçmişi olan dostluq mövcuddur. Biz Əfqanıstan olaraq bu dostluğu davam etdiririk. Azərbaycanla bütün sahələrdə güclü əlaqələrimiz var. Əgər tranzit layihəsi reallaşsa, bu münasibətlər daha da güclənəcək. Azərbaycanın 20 illik təcrübəsindən faydalanaraq öz iqdisadiyyatımızı və neft sahəmizi gücləndirmək niyyətindəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB