ARDNŞ avqust ayında 674 534 ton yanacaq ixcrac edib

ARDNŞ avqust ayında 674 534 ton yanacaq ixcrac edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin avqust ayında 608 ton avtomobil benzini, 62 min 741 ton dizel yanacağı, 3 min 692 ton təyyarə yanacağı ixrac edib. ARDNŞ-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ümumilikdə, 2013-cü ilin yanvar-avqust ayları ərzində 13 min 829 ton avtomobil benzini, 633 min 97 ton dizel yanacağı, 91 min 130 ton təyyarə yanacağı ixrac edilib. 2013-cü ilin avqust ayında dünya bazarında etilləşdirilən benzinin qiyməti (1 ton üçün) - 1016,26 dollar, təyyarə yanacağının - 979,61 dollar, dizel yanacağının - 925,19 dollar, 1 faizli kükürdlü mazutun - 612,06 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə