“YouTube” yeni loqosunu təqdim edib

“YouTube” yeni loqosunu təqdim edib

"YouTube" videohostinqi yeni loqo təqdim edib. SİA-nın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, loqo sözügedən videohostinq xidmətinin rəsmi "Facebook" və "Twitter" səhifələrində yerləşdirilib. Yeni loqo ilk dəfə ötən həftə "YouTube"un "iOS" və "Android" platformaları üçün mobil tətbiqlərində təqdim edilib. Bununla belə, saytda hələ də əvvəlki loqo əks olunur və yeni loqoya keçid müddəti açıqlanmır.

Xatırladaq ki, "YouTube" videohostinqinin istifadəyə verilməsindən sonra xidmətin loqosu yalnız bir dəfə cüzi dəyişikliyə məruz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə