"Mobil nömrələrin daşınma sistemi avqustun 1-nə təyin olunsa da, bəzi texniki problemlərə görə proses ləngiyir. Buna görə də Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları Mobil Nömrələrin Daşınması sisteminin tətbiqi ilə bağlı hər yubanma gününə görə məsuliyyət daşıyır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbas deyib.
Nazirin sözlərinə görə, mövcud olan texniki problemlər artıq həll olunub və yaxın günlərdə sistem istifadəyə veriləcək.
Qeyd edək ki, bir müddət öncə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov mobil nömrələrin daşınması prosesinə avqustun 1-dən etibarən başlamayan mobil rabitə operatorlarının cəzalandırılacağını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB