Ukrayna və Türkiyə kanalı “Azerspace-1” üzərindən yayımlanmağa başlayıb
Azərbaycanın telekommunikasiya peyki "Azerspace-1" üzərindən yerli və xarici TV və radio kanallarının yayımı genişlənir. SİA-nın məlumatına görə, son günlərdə Ukraynanın dövlət televiziyası olan "UTR" kanalı və Türkiyənin "VTV Antalya" kanalı "Azerspace-1" peyki üzərindən yayımlanmağa başlayıb.
Hazırda milli peyk vasitəsilə 50-dən artıq kanal yayımlanır və yaxın gələcəkdə yayıma yeni kanalların qoşulması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB