221 milyon tondan çox Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

221 milyon tondan çox Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

İyul ayında Ceyhan limanından 2,4 milyon ton neft dünya bazarlarına çıxarılıb. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, 2013-cü ilin iyul ayı ərzində 2 milyon 448 min 233 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 791 min 146 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib). Cari ilin yanvar-iyul aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 17 milyon 452 min 251 ton olub

Ümumilikdə, BTC istismara verilən gündən 2013-ci il avqust ayının 1-ə qədər Ceyhan limanından 221 milyon 119 min 205 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə