"Bayramı ərəfəsində qiymət artımı müşahidə olunmayıb" AÇIQLAMA
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Ramazan bayramı ilə əlaqədar monitorinqlərin keçirilməsini aktivləşdirib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi rəisi Abbas Əliyevin SİA-ya verdiyi açıqlamada bildirib ki, Dövlət Xidməti Ramazan bayramında qiymətlərin süni şəkildə artırılması faktlarının aşkar olunmasına yönəldilmiş müntəzəm monitorinqlərin keçirilməsini intensivləşdirib.
Onun sözlərinə görə, bazarlarda ərzaq mallarının qiymətlərinin sabit dinamikası saxlanılır və dəyişikliklər qeydə alınmayıb.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan bayramı avqustun 8-də və 9-da qeyd olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB