İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakı şəhərində və rayonlarda istehlaka yararsız mallar çıxarılaraq məhv edilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakının Xəzər, Yasamal, Nəsimi rayonlarında, həmçinin Xızı, Samux, Yevlax, Sabirabad və Tərtər şəhərlərində mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkar edilib.
Ümumilikdə, monitorinqlər zamanı 190 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB