"Ələtdə yeni hava limanının inşası ekoloji mühiti yaxşılaşdıracaq"

"Ələtdə yeni hava limanının inşası ekoloji mühiti yaxşılaşdıracaq"

"Ələt qəsəbəsinin cənub hissəsində yeni hava limanını tikintisi nəzərdə tutulub. Burada əsasən yük təyyarələrinin istismarı olacaq". SİA-nın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev "Böyük Bakının Regional İnkişaf Planı"na həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda bu layihə ilə bağlı danışıqlar aparılır: "Burada yeni hava limanının inşası həm ekoloji mühiti yaxşılaşdıracaq, həm də bir çox insanların Binədəki hava limanına getmək üçün istifadə etdikləri nəqliyyatın sayını azaldacaq. Eyni zamanda, bu ictimai və fərdi nəqliyyatın yüklənməsinə də müsbət təsir edəcək. Bununla da Heydər Əliyev prospektinin nəqliyyat vasitəsi ilə yüklənməsinin qarşısı alınacaq. Bu ərazidə beynəlxalq dəniz ticarət limanının inşası burada hava limanının da tikintisini zəruri edir. Ərazi coğrafi baxımdan olduqca əlverişli yerdədir. Burada beynəlxalq limanının inşası və tranzit yüklərin daşınması Ələt qəsəbəsinin logistik mərkəzə çevrilməsinə səbəb olacaq".

Qeyd edək ki, Ələt qəsəbəsində Xəzərdə ən böyük və müasir Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi gedir. Artıq sahilə qədər uzunluğu 7,5 km, dərinliyi 7 metr olan kanal açılıb və quruda tikinti işləri davam etdirilir. Gələn il birinci tikiliş kompleksi – bərə terminalı bütün yol infrastrukturu ilə istismara veriləcək, 2015-ci ildə isə quru yük terminalının tikintisi başa çatdırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə