Fərdi nəqliyyat vasitələrinin paytaxta girişi məhdudlaşdırılacaq
"Gələcəkdə Bakı şəhərinin bütün giriş yollarında xüsusi terminallar təşkil olunacaq. Bu terminallar vasitəsilə paytaxta fərdi nəqliyyat vasitələrinin buraxılmasına məhdudiyyət qoyulacaq". SİA-nın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev "Böyük Bakının Regional İnkişaf Planı"na həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni planda şəhərin, nəqliyyat sisteminin inkişafı və ekoloji cəhətdən yaxşılaşdırılması istiqamətində bir çox təkliflər nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB