Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi cari ilin iyul ayında 2 min 521 ton avtomobil benzini, 78 min 890 ton dizel yanacağı, 8 min 692 ton təyyarə yanacağı ixrac edib. ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, ümumilikdə, 2013-cü ilin yanvar-iyul ayları ərzində 13 min 220 ton avtomobil benzini, 570 min 355 ton dizel yanacağı, 87 min 438 ton təyyarə yanacağı ixrac edilib. 2013-cü ilin iyul ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 1000,26 dollar, təyyarə yanacağının - 953,13 dollar, dizel yanacağının - 904,65 dollar, 1 faizli kükürdlü mazutun - 603,30 dollar təşkil edib.
Həmçinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi cari ilin iyul ayında Novorossiysk limanından 169 min 671 ton, Supsa limanından 157 min 690 ton, Çeyhan limanından 1 milyon 706 min 44 ton xam neft ixrac edib. Yanvar-iyul ayları ərzində Novorossiysk limanından 994 min 989 ton, Supsa limanından 1 milyon 522 min 370 ton, Ceyhan limanından isə 11 milyon 841 min 285 ton xam neft ixrac edilib.
Qeyd edək ki, idarə tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB