"AtaBank" ASC filial şəbəkəsi ilə yanaşı bankomat şəbəkəsinin də genişləndirilməsinə xüsusi diqqət yetirir. "Ata Holding"dən SİA-ya verilən məlumata görə, bank yeni ünvanda müştərilərin rahatlığı üçün bankomatlar yerləşdirib. Bankomatların biri Mingəçevir şəhərində M.Maqomayev prospekti 16/2 ünvanda yerləşən "5+ market"-də, digəri isə Bakı şəhəri Sanqaçal qəsəbəsində "AAC" zavodunda quraşdırılaraq müştərilərin ixtiyarına verilib. Hazırda bankın fəaliyyət göstərən ATM-lərinin sayı 77 ədəd təşkil edir. Onlardan 3-cü səyyar bankomatlar olan "AtaMatik" Şəmkir, Qazax, Tovuz və Gədəbəy rayonlarının ucqar kəndlərində müştərilərin xidmətindədir.
"AtaBank" ASC-nin 24 filialı fəaliyyət göstərir. Onlardan 12-i Bakı şəhərində, 12-i isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şırvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
"AtaBank" ASC-nın bankomatları siyahısı: http://atabank.com/index.php?sid=130
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB