Banklar arasında görüş keçirilib

Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayev Asiya İnkişaf Bankının (AİB) regional əməkdaşlıq və əməliyyatların əlaqələndirilməsi şöbəsinin müdiri xanım Viki Tanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, görüşdə ölkəmizlə AİB arasında "Ölkə tərəfdaşlığı strategiyası" layihəsi, o cümlədən bank sektorunda nağdsız ödənişlər, mikromaliyyələşdirmə və qarşılıqlı iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. AİB-in Azərbaycanın bank sektoru ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayan nümayəndə heyətinin üzvləri bu əlaqələrin gələcəkdə də davam etdiriləcəyini qeyd edib.

Öz növbəsində Mərkəzi Bankın sədr müavini X.Abdullayev "Ölkə tərəfdaşlığı strategiyası" layihəsinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulan məsələləri dəstəklədiyini bildirib.

Görüşdə həmçinin Mərkəzi Bank ilə AİB arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə