"Onlayn fikir bankı” yaradılacaq

"Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə Tədbirlər Planı"na uyğun olaraq, "Onlayn fikir bankı"nın yaradılması istiqamətində texniki tapşırıq hazırlanıb. SİA-nın məlumatına görə, yaxın zamanda ideya bankının yaradılması ilə bağlı müqavilənin bağlanması nəzərdə tutulub.

Qeyd edək ki, Tədbirlər Planı üzrə müvafiq tədbirin icrası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasına həvalə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə