Hazırda "İmişli Regional Elektrik Şəbəkəsi"nin xidməti ərazisindəki "İmişli", "Saatlı" və "Sabirabad", eləcə də "Sumqayıt Regional Elektrik Şəbəkəsi"nin xidməti ərazisindəki "Xırdalan" və "Bağlar" şəbəkələrində yenidənqurma işləri aparılır. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bütün 0,4 kilovoltluq şəbəkələr yeniləşdirilir, elektrik xətləri daha keyfiyyətli, müasir tələblərə cavab verən SİP kabellərlə əvəzlənir. Dəmir-beton materialından olan dayaqlar quraşdırılır. Hər bir abonent smart-kart tipli sayğacla təchiz eidilir ki, bu da uçot sisteminin daha da təkmilləşdirilməsinə mühüm təsir göstərir.
Qeyd edək ki, "Xırdalan Elektrik Şəbəkəsi"nin xidmət sahəsinə daxil olan "At yalı" yaşayış məntəqəsində, Qobu və Hökməli kəndlərində pilot layihə həyata keçirilir. Belə ki, həmin ərazilərdə uzaq məsafədən idarə olunan GSM tipli intellektual sayğacların quraşdırılmasına başlanıb. İlk mərhələdə sınaq dövrü üçün bu sayğaclardan 200 ədəd quraşdırılacaq. Sınaq müddəti isə iki ay təşkil edəcək. Layihə üzrə gözləntilərin özünü doğruldacağı halda, o zaman bu sayğacların quraşdırılması kütləviləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB