Rafiq Cəlilov: “Azərbaycanda rekord sayda əmlak qeydiyyatdan keçirilib” AÇIQLAMA

Rafiq Cəlilov: “Azərbaycanda rekord sayda əmlak qeydiyyatdan keçirilib” AÇIQLAMA

"5 ildə Dövlət Əmlakının özəlləşdirilməsi prossesində daha müasir qaydalar tətbiq ediləcək. Bu illər ərzində Dövlət Əmlakının özəlləşdirilməsi prossesi tam şəkildə elektron xidmətlər çərçivəsində həyata keçiriləcək. Bütün bu işlər 2013-2017-ci illər üçün Beşillik Strategiya Planında öz əksini tapıb". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq Cəlilov deyib.

Sədr müavinin sözlərinə görə, beşillik planda şəffaflıq və perspektivliliyin daha da yüksəldilməsi barədə hədəflər müəyyənləşdirilib.

R.Cəlilov vurğulayıb ki, bu ilin 6 ayında 81 min daşınmaz əmlak qeydiyyata alınıb: "2008-ci ildə bu göstərici 120 min idisə, 2012-ci ildə bu rəqəm 151 min, bu ilin sonunadək bunun daha da artacağı gözlənilir. Son iki ildə Azərbaycanda rekord sayda əmlak qeydiyyatdan keçirilib. Dünya iqtisadiyyatının göstəricilərinə görə, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı dünyanın bu sahədə ən qabaqcıl 10 ölkəsi sırasına daxil olub. Bu ilin sonunadək ən müasir daşınmaz əmlakın qeydiyyatı barədə xidmətlər istifadəyə veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə