SAM-ın əməkdaşı Ankaraya səfər edəcək

SAM-ın əməkdaşı Ankaraya səfər edəcək

18-19 iyul tarixlərində Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Zaur Şiriyev Ankara şəhərinə (Türkiyə) səfər edəcək. SAM-dan SİA-ya verilən məlumata görə, SAM-ın nümayəndəsi səfər çərçivəsində Orta Doğu Texniki Universitetinin, NATO-nun Sülh və Təhlükəsizlik Elmi Proqramının dəstəyi ilə keçirəcəyi "2014- cü il sonrası Əfqanıstan" başlıqlı beynəlxalq konfransda məruzə ilə çıxış edəcək.

Konfransda Əfqanıstandan NATO qoşunlarının çıxarılması, Əfqanıstanın daxili və xarici siyasətinin müxtəlif aspektləri, qonşu ölkələrin Əfqansıtanda sabitliyinbərqərar olmasındakı rolu və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, tədbirdə Zaur Şiriyev "Cənubi Qafqaz ölkələrinin post 2014 Əfqanıstan strategiyası" mövzusunda məruzə ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə