İqtisadi İnkişaf naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Müsaid Bin İbrahim Bin Abdullah Əl Səlimi ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumta görə, Şahin Mustafayev səfiri yeni vəzifəsi münasibətilə təbrik edib.
Görüşdə naziri Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, qarşılıqlı rəsmi səfərlərin, aparılan danışıqların ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb: "İki ölkə arasında iqtisadi sahədə 10-dan çox sənəd imzalanıb. Azərbaycanla Səudiyyə Ərəbistanı əlaqələrinin genişlənməsində indiyədək 2 iclası keçirilib. Hökumətlərarası Komissiyanın fəaliyyəti əhəmiyyətli rol oynayır".
Daha sonra nazir Hökümətlərarası Komissiyanın növbəti iclasının bu ilin sentyabr ayında Bakıda keçirilməsini təklif edib.
Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Müsaid Bin İbrahim Bin Abdullah Əl Səlimi ölkəsində sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini bildirib, əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB