“Excelsior Hotel Baku”nun yay hovuzunun açılış mərasimi keçirilib FOTO
"AtaBank" ASC-nin dəstəyi ilə "Excelsior Hotel Baku"nun yay hovuzunun açılış mərasimi keçirilib. "Ata Holding" dən SİA-ya verilən məlumata görə, tədbirdə paytaxtın qonaqları və sakinləri, işgüzar dairələrin nümayəndələri iştirak ediblər. Sərinləşdirici içkilər, ləzzətli təamlar və canlı musiqi hovuz ətrafında gözəl ab-hava yaradıb. Estrada müğənniləri İlhamə Qasımova və Diana Hacıyevanın ifalarından səslənən populyar milli və xarici şlyagerlər hamının ürəyincə olub. Açılış mərasimində çıxış edən "Excelsior Hotel Baku" otelinin meneceri Turhan Poyraz qonaqlara yay hovuzunun yanında şəraitə və göstərilən xidmətlərə dair geniş informasiya verib.
O, qeyd edib ki, bundan sonra paytaxtımızın qonaqları və sakinləri şəhərdən kənara çıxmadan qızmar yay günlərində gözəl şəraitdə dincələ, günəş şüaları qəbul edə, suyun yanında axşam mehindən həzz ala biləcəklər.
Gecə başa çatdıqda qonaqlar arasında lotereya oynanılmış və onlardan bir çoxu müxtəlif hədiyyələr udublar. Gözəl, rahat "Excelsior Hotel Baku" oteli 19 ənənələri və innovasiyaları özündə müasir dəbdəbə və antiklik çaları ilə birləşdirir. Şəhər mərkəzinin yaxınlığında yerləşən otel işgüzar, ticarət və əyləncə mərkəzlərinə də yaxındır.
Qeyd edək ki, 5 ulduzlu "Excelsior Otel Baku" "Ata Holdinq" ASC-nin tərkibində 2005-ci ildən fəaliyyət göstərir. "Excelsior" oteli 1 "İmperial" – prezident lüksü, 2 "Royal" - lüks, 4 "Crown" - lüks, 45 "Heritage" standart otaq, 9 "Duke" kiçik otaqlardan, həmçinin, konfrans zallarından, biznes mərkəzlərindən, restoranlar və barlardan, "Aura" sağlamlıq mərkəzindən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB