Azərbaycanda təbii qaz təchizatı dayandırılacaq

Azərbaycanda təbii qaz təchizatı dayandırılacaq

Xızı, Siyəzən, Samux, Binəqədi və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan 18:00-dək "Zirə" Qazpaylayıcı Stansiyası, "Albalılıq" Qazpaylayıcı Stansiyasından Buzovna qəsəbəsinə gedən qaz kəməri, "Gəncə" Avtomatik Qazpaylayıcı Stansiyasından qidalanan "Gəncə-Ziyadlı" orta təzyiqli qaz kəməri, "Xırdalan" Qazpaylayıcı Stansiyasından qidalanan "BMSK" ölçü qovşağı və "Digah" Qazpaylayıcı Stansiyasında "Balaxanı sənaye" kollektorundan qidalanan "Sərdarov (əhali)" qaz xətti, həmçinin "Siyəzən-Yaşma" magistral qaz kəmərindən qidalanan "Yeni Yaşma", "Şurabad", "Sitalçay", "Giləzi", "Qara göl kafesi", "Zarat", "Candahar", "Beşdam" və "Qara Siyəzən" ölçü qovşaqlarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xızı, Siyəzən, Samux və Binəqədi rayonlarının bir hissəsinə, eləcə də Xəzər rayonunun Buzovna və Zirə qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə