1,5 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib

1,5 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib

Cari ilin iyun ayında ölkə enerji sistemində 1,5 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. Bu barədə "Azərenerji" ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib. Ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Digər məlumata görə, cari ilin ötən 6 ayı ərzində 10,9 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə