TÜRKPA Baş Katibi Ramil Həsənov 9-12 iyul 2013-cü il tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasnın Sofiya şəhərində keçiriləcək 41-ci Plenar Sessiyasında iştirak edəcək. SİA-ya verilən məlumata görə, TÜRKPA 2012-ci il noyabr ayından etibarən QDİƏT PA-nın fəaliyyətində rəsmi müşahidəçi statusunda iştirak etməkdədir.
Baş Assambleyanın gündəliyində yer alan əsas məsələlər: "Turizm İqtisadi inkişafın əsas amili kimi: QDİƏT regionunda əməkdaşlıq", QDİƏT üzv ölkələri arasında dənizdə xilasetmə əməliyyatlarında əməkdaşlığın inkişafı, QDİƏT Qara Dəniz regionunda: 20 illik regional əməkdaşlıq", "QDİƏT üzv dövlətlərinin universitetləri arasında aspirantura səviyyəsində əməkdaşlığın perspektivləri və faydaları" və digər məsələlərdir.
Səfər çərçivəsində TÜRKPA Baş Katibi Ramil Həsənovun QDİƏT PA-nın Baş Katibi cənab Kirilo Tretiak və Türkiyə nümayəndə heyətləri ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, səfər müddətində TÜRKPA Baş Katibini Təşkilati və Administrativ İşlər Departamentinin müdiri Ələsgər Ağayev müşayiət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB