Cari ilin ilk 6 ayında 83334 metr qazma işi görülüb

Cari ilin ilk 6 ayında 83334 metr qazma işi görülüb

2013-cü ilin iyun ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12224 metr qazma işi həyata keçirib. SİA-nın məlumatına görə, bu sahədə görülmüş işlərin 11022 metri istismara, 1202 metri isə kəşfiyyata aid olub.

Ümumilikdə isə, cari ilin ilk 6 ayında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 83334 metr qazma işi görülüb ki, bunun da 78098 metri istismara, 5236 metri kəşfiyyata aid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə