Bu il 2,8 milyon ton taxıl istehsal olunacaq AÇIQLAMA

Bu il 2,8 milyon ton taxıl istehsal olunacaq AÇIQLAMA

"Ölkə üzrə taxıl biçiminin 55%-i yerinə yetirilib". Bu barədə SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. O bildirib ki, biçim zamanı 1 milyon 450 min ton taxıl istehsal olunub: "İlkin proqnozlara görə, ölkə üzrə taxıl biçimi tam olaraq başa çatdıqda ümumilikdə 2,8 milyon ton taxıl istehsal olunacaq".

Hazırda biçimin davam etdiyini diqqətə çatdıran nazirlik rəsmisi son günlər başlayan yağışlı hava şəraitinin taxıl biçiminə mənfi təsir etdiyini deyib: "Bölgələrdə davam edən yağışlı hava şəraiti taxıl biçinini gecikdirir. Təbii ki, havalar mülayim keçsə, biçin qısa müddətdə başa çatacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə