Bu gün paytaxtın bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq. SİA-nın xəbərinə görə, Bakı şəhəri Tbilisi prospektində yol infrastrukturunun yenilənməsi işləri ilə əlaqədar olaraq ərazidən keçən və uzun müddətdir istismarda olaraq yararsız vəziyyətə düşmüş 500 mm diametrli magistral su xətti yenisi ilə əvəzlənir. Bununla əlaqədar olaraq gün ərzində paytaxtın Yasamal, Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB