"Avstriya ilə fiberoptik xətlərin istehsalına dair danışıqlar aparılır"
"Azərbaycan və Avstriya birgə fiberoptik xətlərin istehsalına başlaya bilər. Azərbaycan bir çox ölkələrlə, o cümlədən Avstriya ilə əməkdaşlığa böyük önəm verir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan və Avstriya arasında fiberoptik xətlərin birgə istehsalına dair danışıqlar aparılır: "Ümumiyyətlə, hazırda Azərbaycanın bütün regionlarında genişzolaqlı internetin inkişafı çərçivəsində fiberoptik xətlər çəkilir və artıq ölkə ərazisinin təxminən 40%-i fiberoptik xətlə təmin olunub. Bu baxımdan, fiberoptik xətlərin istehsalının aktuallığı artır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB