Toralf Pilts: “Cənub Qaz Dəhlizinin reallaşması Azərbaycan-Avropa əməkdaşlığının nəticəsidir”
TAP layihəsi Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün çox vacibdir. SİA-nın məlumatına görə, bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi başçısının müavini Toralf Pilts deyib. O həmçinin qeyd edib ki, Azərbaycan və Avropa Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi üzrə birgə işləri davam etdirəcək.
Onun sözlərinə görə, "Şahdəniz" konsorsiumunun Azərbaycan qazının Avropa bazarına nəqli layihəsini seçməsi mühüm addımdır və onun reallaşdırılması üçün çox işlər görülməlidir. Avropalı diplomat qeyd edib ki, Avropa Birliyi "Şahdəniz" konsorsiumunun ilin sonunadək yekun investisiya qərarı qəbul edəcəyini gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB