Neftin bahalaşması davam edir

Dünya bazarlarında neftin qiyməti artıb. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, "qara qızıl"ın bahalaşmasına ABŞ-da satılan daşınmaz əmlak müqavilələrinin bağlanması statistikasının və istehlakçı xərclərini artması səbəb olub.

Londonun İCE birjasında "Brent Crude Oil" markalı neftin avqust fyuçerslərinin bir bareli 1.16 dollar artaraq 102.82 dollar olub.

Nyu-Yorkun NYMEX birjasında isə keçirilən hərracda ABŞ yüngül markalı WTI neftinin avqust fyuçerslərinin bir bareli 1.55 dollar bahalaşaraq 97.05 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə