Vüqar Bayramov: “Büdcəyə 2 milyarddan çox əlavə vəsait ayrılacaq” Açıqlama

Vüqar Bayramov: “Büdcəyə 2 milyarddan çox əlavə vəsait ayrılacaq” Açıqlama

"Azərbaycanın dövlət büdcəsindən hərbi sahəyə ayrılan vəsaitdə ciddi artım var. 2013-cü ildə hərbi büdcəyə ayrılan vəsaitin həcmi 2 milyard manatdan artıq olacaq". Bunu iqtisadçı ekspert Vüqar Bayramov SİA-ya verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, praktik olaraq Azərbaycanın hərbi büdcəsinin həcmi Ermənistanın dövlət büdcəsindən çoxdur: "Eyni zamanda ölkəmizin hərbi xərcləri Ermənistan və Gürcüstanın hərbi xərclərindən 4 dəfə artıqdır. Hərbi xərclərin çox olması Azərbaycanın hərbiləşmiş dövlət olması anlamına gəlmir. Dövlət büdcəsinin artması ölkəmizdə hərbi xərclərinin artmasına səbəb olub. Bundan başqa, son 10 ildə hərbi xərclərlə yanaşı, Azərbaycanın sosial sektorunda da xərclər artıb. İnfrastruktur layihələrə ayrılan vəsaitin həcmi 10 dəfəyə yaxın çoxalıb".

Bütün xəbərlər Facebook səhifəmizdə