Neft bahalaşır

Ötən gün Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,18 dollar artaraq 1 barelə görə 95,50 dollar təşkil edib.

SİA-nın məlumatına görə, iyunun 26-da ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,40 dollar artaraq 101,66 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə