Rəsmi Afina Avropaya nəql olunacaq Azərbaycan qazının Yunanıstan ərazisindən keçməsi üçün TAP (Transadriatik boru kəməri) konsorsiumu ilə saziş imzalayıb. SİA-nın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu ölkənin maliyyə naziri Yannis Sturnaras bildirib ki, qaz kəmərinin tikintisi yeni iş yerlərinin açılmasına və investisiyaların cəlb edilməsinə imkan verəcək, həmçinin ölkənin regionda enerji qovşağı kimi gələcək vəziyyətini möhkəmləndirəcək.
Sazişin ötən gün imzalanmasına baxmayaraq, boru kəmərinin tikintisi barədə son qərar sabah qəbul ediləcək.
Baş nazir Antonis Samaras qeyd edib ki, saziş boru kəmərinin Yunanıstandan keçən hissəsinin möhkəm əsasını qoyur. İnvestisiyanın həcmi 1,5 milyard avro təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB