Braziliyada Azərbaycanın inkişaf siyasəti müzakirəyə çıxarılıb
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı, Xarici siyasət şöbəsinin müdiri Rövşən İbrahimov və baş elmi işçi Kamal Makili-Əliyevin Braziliyaya səfəri yekunlaşıb. SAM-dan SİA-ya verilən məlumata görə, səfərin son günündə nümayəndə heyəti Braziliyanın ən nüfuzlu beyin mərkəzlərindən olan Getulio Vargas Fondunda müzakirələr keçiriblər. Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov müzakirəni açaraq bildirib ki, SAM-ın nümayəndə heyəti Braziliyada ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək görüşlər keçiriblər. Getulio Vargas Fondunun direktoru B.Cavalcanti təşkilatın yaranma tarixi və missiyası barədə məlumat verərək SAM-la əməkdaşlıq imkanlarını vurğulayıb.
Getulio Vargas Fondunda Vüsal Qasımlı "Azərbaycanın iqtisadi perspektivi: enerjidən davamlı inkişafa doğru", Rövşən İbrahimov "Azərbaycanın enerji siyasəti" və Kamal Makili-Əliyev "Kibertəhlükəsizlik" mövzusunda çıxışlar ediblər. Sonra Getulio Vargas Fondunun əməkdaşları ilə məruzələr ətrafında müzakirələr keçirilib.
SAM nümayəndə heyəti və Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov müzakirələrdən sonra Getulio Vargas Fondunun prezidenti Karlos İvan Simonsen Leal ilə görüş keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB