İran Avropa və ABŞ-ın neft şirkətlərini beynəlxalq məhkəməyə verir. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, İranın neft nazirinin müavini Əlirza Zeyğəmi bildirib. Avropa və ABŞ-ın neft öhdəliklərini yerinə yetirmədiklərinə görə İran beynəlxalq məhkəməyə şikayət edəcək.
Bundan başqa İranın Neft Məhsullarının Emalı və Paylanması Milli Şirkətinin direktoru deyib ki, bu şirkətlər özəl sektorla müqavilə bağlamalarına baxmayaraq, sanksiyaları bəhanə edərək imzaladıqları müqavilələrə sadiq qalmayıblar. Hökumət rəsmisi həmçinin əlavə edib ki, həmin şirkətlər İranın neft emalı ilə bağlı hazırladığı planların beynəlxalq standartlarla üst-üstə düşməsinə və hasil etdiyi məhsulların ekologiyanın qorunmasını nəzərə almasına baxmayaraq, öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırıblar. Əlirza Zeyğəminin sözlərinə görə, İrana qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, neft emalı üzrə hazırlanan bəzi planlar təkmilləşdirilmək üzrədir və yay mövsümünün sonunadək Avro-4 standartının tələbinə uyğun benzinlə bağlı üç layihə istifadəyə veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB