2013-cü ilin yanvar-may aylarında Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 5,1 milyon ton təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, dəniz nəqliyyatı vasitəsi daşınan yüklərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 5,3% azalıb.
Komitədən həmçinin bildiriblər ki, yüklərin 58,8%-ni neft məhsullarıdır. 41,2%-ni isə quru yüklər olub.
Hesabat dövründə dəniz limanlarında 5,3 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib və bu sahədə 1,4%-lik artım qeydə alınıb. İşlənmiş yüklərin 86,8%-ni təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 0,9% artıb.
Bununla yanaşı, cari ilin ilk beş ayında dəniz nəqliyyatı ilə 4,9 min sərnişin daşınıb ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 7,5% azdır.
Qeyd edək ki, 2013-cü il iyunun 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 26,7 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33,9% az idxal yüklərin qalığı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB