Beynəlxalq Valyuta Fondu İngiltərə hökumətinə ehtiyatlı olmağı tövsiyyə edir. SİA-nın Euronews-a istinadən verdiyi məlumata görə, BVF hesabatında bildirib ki, İngiltərə iqtisadiyyatının böyüməsi istiqamətində əlavə tədbirlər görməlidir.
Fonddan bildiriblər ki, hökumət kredit faizlərinin aşağı olmasından istifadə edib əlavə investisiya sahələri yaratmalıdır. Bundan başqa BVF İngiltərənin maliyyə naziri Corc Osbornu tənqid edib. Hesabatda bildirilib ki, maliyyə nazirinin sosial xərclərinin azaldılması ilə bağlı fikiri yolverilməzdir. Fond rəhbərliyinin dediyinə görə, İngiltərə Avropada yeganə ölkədir ki, iqtisadiyyatı 2013-2014-cü ildə daha geniş sferaya malik olacaq: "Sosial xərclərin bu ölkədə azaldılması qitə iqtisadiyyatın böhrandan çıxmasına əngəl ola bilər.
Qeyd edək ki, İngiltərə Mərkəzi Bankı faiz dərəcələrini 0,5 faiz həddində saxlayıb. BVF-nin hesabatında həmçinin bildirilib ki, hazırda Avropanın ən böyük büdcə kəsirinə malik ölkəsi olan İngiltərənin apardığı son iqtisadi islahatlar problemin həllinə kömək edə bilər.
Bundan başqa BVF İngiltərə hökumətinə etdiyi tövsiyələrində bildirib ki, hökumət bank sektorunda da islahatlar aparmalıdır. 2008-ci il qlobal maliyyə böhranı zamanı dövlətin nəzarətinə verilən "Lloyds Banking Group" ve "Royal Bank of Scotland yenidən özəlləşdirilməyə çıxarılsın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB