Azərbaycanda fəaliyyət göstərən əcnəbilərin əmək haqqı orta hesabla 11 dəfə yüksəkdir. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2012-ci ilin nəticələrinə əsasən, Azərbaycanda işləyən 6 918 nəfər xarici ölkə vətəndaşlarının orta aylıq əmək haqqı 4 518 manat təşkil edir.
Bundan başqa ötən ilin yekunlarına görə, ölkə üzrə ümumi orta aylıq əmək haqqı 396 manat olub. Yəni əcnəbilərin orta aylıq əmək haqqı ölkə üzrə ümumi göstəricidən 11,4 dəfə artıqdır.
Komitədən həmçinin bildiriblər ki, 2012-ci ildə əcnəbilərin əmək haqqı 21% artıb. Həmin dövrdə ölkə üzrə orta aylıq əmək haqqı isə 8,7% yüksəlib. Ölkədə çalışan xaricilərin 113-ü dövlət, 6 805-i qeyri-dövlət sektorunda çalışır.
Dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 1 537,5 manat (dövlət sektorunda ölkə üzrə ümumi göstəricidən 4,8 dəfə artıq), qeyri-dövlət sektorunda çalışanların əmək haqqı 4 567,7 manat (9,2 dəfə artıq) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB