2013-cü ilin 5 ayı ərzində Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 85,5 milyon ton yük daşınıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən 2,2% çox yük daşınıb.
Qeyd edək ki, daşınmış yüklərin 55%-i avtonəqliyyat, 28,3%-i boru kəməri, 10,7%-i dəmir yolu, 6%-i dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib. Komitədən həmçinin bildiriblər ki, qeyri-dövlət bölməsində yük daşınması 3,7% artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 73,6% təşkil edib.
Bundan başqa yanvar-may aylarında nəqliyyatçılar 670,8 milyon nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7% çox sərnişinə xidmət göstərib. Sərnişinlərin 86,7%-i avtomobil, 13,1%-i metro nəqliyyatının xidmətlərindən istifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB