“AZAL” yeni aviareys istifadəyə verib

“AZAL” yeni aviareys istifadəyə verib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Yekaterinburq-Bakı marşrutu ilə yeni aviareys istifadəyə verib. SİA-nın "Azərbaycan Hava Yolları" QSC istinadən verdiyi məlumata görə, Bakıdan uçuşlar "Airbus A-319" və "Airbus A-320" təyyarələri ilə həftədə iki dəfə – IV və VII günlər müvafiq olaraq saat 15:25-də və 20:00-də yerinə yetiriləcək. Əks istiqamətdə isə uçuşlar yerli vaxtla saat 19:25-də və 00:00-da həyata keçirilir.

Qeyd edək ki, bundan öncə Yekaterinburq-Bakı-Yekaterinburq aviareysi üzrə uçuşları həftənin IV günləri Rusiyanın "Ural Airlines" şirkəti də yerinə yetirirdi. Lakin aviaşirkət uçuşlarını qış mövsümünədək dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə