Böyük Britaniyanın kral poçt xidməti "Royal Mail"in əməkdaşları hökumətin özəlləşdirmə planına etirazlarını bildiriblər. SİA-nın Euronews-a istinadən verdiyi məlumata görə, 497 yaşı olan kral poçt xidmətinin 112.000 əməkdaşı həmkarlar ittifaqının dəstəyi ilə hökumətin bu planının reallaşmaması üçün seçkilərin keçirilməsini tələb ediblər. Hökumətin hər bir əməkdaşa 1500 funt sterlinq məbləğində kompensasiya ödəməsi fikri də əhali tərəfindən müsbət qarşılanmayıb.
Qeyd edək ki, hökumətin poçt xidmətini özəlləşdirmək istəyi xərclərini azaltması ilə bağlıdır. Böyük Britaniya Nazirlər kabineti bəyan edib ki, poçt xidməti həmişəki maliyyə imkanları ilə fəaliyyət göstərməsi üçün özəlləşdirilməlidir. Özəlləşdirmə planına görə, kral poçt xidmətinin 10 faizlik səhmi hökumətə məxsus olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB