Şirzad Abdullayev: “5 ayda sahibkarlara 125 milyon güzəştli kredit verilib” Açıqlama

Şirzad Abdullayev: “5 ayda sahibkarlara 125 milyon güzəştli kredit verilib” Açıqlama

"Son zamanlar kredit istəyən sahibkarların sayında artım müşahidə olunub. Ötən dövrlə müqayisədə 50 faizdən çox sahibkar güzəştli kredit alıb". Bunu SİA-ya açıqlamasında İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlara Kömək Milli Fondunun sədri Şirzad Abdullayev deyib.

Onun sözlərinə görə, bir ay ərzində 500 nəfərdən çox sahibkar güzəştli kreditlərin əldə olunması üçün müraciət edib: "2013-cü ilin sonuna qədər 250 milyon manatdan çox güzəştli kreditin verilməsi ehtimal edilir. Bu günə kimi 125 milyon manat güzəştli kredit verilib. Güzəştli kreditlərin verilməsində ölkə başçısının da tapşırdığı kimi, prioritet sahə olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi əsas götürülüb. Kreditlərin böyük hissəsi aqrar emal sektoruna yönəldilib. Mərkəzi aran rayonlarında investisiya daha çox taxılçılığın, heyvandarlığın və quşçuluğun inkişafına yönəlib. Quba-Xaçmaz rayonunda meyvə-tərəvəz emalı müəssisələri yaradılır. Ümumilikdə verilən kreditlərin 70 faizi aqrar emal sənayesinə aiddir".

Bütün xəbərlər Facebook səhifəmizdə