İstehlakçılara 7,3 faiz çox neft məhsulları göndərilib

İstehlakçılara 7,3 faiz çox neft məhsulları göndərilib

Cari ilin yanvar-may aylarında istehlakçılara, ixrac da daxil olmaqla, 2724,9 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz çox neft məhsulları göndərilib.

Bunun 75,5 faizi daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 24,5 faizi isə ixrac olunub.

Neft məhsullarının 35,7 faizini dizel yanacağı, 19,7 faizini avtomobil benzini, 10,1 faizini aviasiya üçün ağ neft, 4,5 faizini neft bitumu, 4,1 faizini maye qaz, 3,6 faizini mazut yanacağı, 0,5 faizini sürtgü yağları, 21,8 faizini isə digər məhsullar təşkil edib.

Ölkə istehlakçılarına 2057,5 min ton və yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8 faiz çox neft emalı məhsulları göndərilib.

Mazut yanacağı və sürtgü yağları istisna olmaqla neft məhsullarının göndərilməsi artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə