"AtaBank" ASC-nin 1 mart 2013-cü il tarixindən start verdiyi "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasında ikinci 500 manat qazanılıb. "Ata Holdinq"dən SİA-ya verilən məlumata görə, kampaniyada iştirak edən müştəri Sadıqlı Türkan keçirdiyi nağdsız əməliyyat vasitəsilə 164 lotoreya bileti alıb və biletlərindən biri ona 500 manat məbləğində uduş gətirib. Bundan başqa Bankın Xaçmaz, Sumqayıt, Xəzər, Bakı, Yasamal, Şirvan, Gəncə və Monolit filiallarında keçirilmiş uduş kampaniyasında iştirak edən lotoreya sahibləri müxtəlif məbləğdə pul mükafatları qazanaraq qalib olublar. "AtaBank" ASC-nin keçirdiyi "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyası bankın Bakı filialları ilə yanaşı bölgə filiallarında da davam edir.
Qeyd edək ki, lotereya kampaniyası 31 dekabr 2013-ci il tarixinədək davam edəcək. Ödəniş kart istifadəçisi təqdim edəcəyi hər 20 manat məbləğində olan çeklər üçün bir ani stimullaşdırıcı lotereya kuponu əldə edir. Kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar var. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd bank ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir. Hazırda, "AtaBank" AC-nin posterminallarının sayı 10 000-ə yaxındır.
Ani stimullaşdırıcı lotereyanın şərtləri və qaliblər haqqında məlumatlar mütəmadi olaraq www.atabank.com internet səhifəsində, sosial şəbəkələrdə (www.facebook.com/atabank, twitter.com/AtaBank_ASC)və kütləvi informasiya vasitəsilə işiqlandırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB