SAM-ın eksperti “2013 Aralıq Dəniz Neft-Qaz” konfransında iştirak edib FOTO
Afinada Yunanıstanın Enerji Nazirliyi və "Enerji Stream" şirkəti tərəfindən təşkil olunan 4-cu illik "2013 Aralıq Dəniz Neft – Qaz" konfransında SAM akademik tərəfdaş kimi iştirak edib.
SAM-dan SİA-ya verilən məlumata görə, SAM-ın enerji üzrə eksperti Gülmira Rzayeva tədbirdə məruzəçi qismində iştirak edib. O, qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkəti, Yunanıstanın Qaz paylayıcı sistemi olan DESFA-nın özəlləşdirilməsində maraqlıdır: "SOCAR-ın burada əsas məqsədi şirkətin uzun müddətli strategiyasına uyğun olaraq, Yunanıstanın qaz bazarına investisiya yatırması sistemini inkişaf etdirməkdir. Bu da gələcəkdə Yunanıstanın Azərbaycandan hər hansı boru xətti ilə idxal edəcək qazın həcmini artıra bilər".
Konfransda Yunanıstanın Enerji nazirinin müavini Yannis Maniatis, Yunanıstanın Dəniz, Daşınma və Egey Dəniz məsələləri naziri Konstantinos Mussurulis, Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr Departamentinin baş katibi Panayotis Mixaylos, DESFA şirkətinin prezidenti Corc Papasenos, Yunanıstanın İqtisadi İnkişaf nazirinin müavini Notis Mitarachi və digər qonaqlar məruzə ilə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB