"Hazırda Azərbaycanda ərzaq məhsullarının istehsalı sahəsindəki fəaliyyət lisenziyaşdırılmır". SİA-nın məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin ərzaq məhsullarına nəzarət şöbəsinin müdiri Məsim Babayev bildirib.
Onun sözlərinə görə, gələcəkdə çörək istehsalı ilə bağlı sahibkarlıq fəaliyyəti lisenziyalaşdırıla bilər: "Çörək istehsalı müəssisələrinin lisenziyalaşdırılması ilə bağlı Dövlət Komitəsi hökumətə müraciət edib. Hazırda siqaret və spirtli içki məhsullarının istehsalı lisenziyalaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB