“Azərbaycanda adambaşını ÜDM həcmi 2 dəfə artacaq”

Vüqar Bayramov: "Artıq Azərbaycan hökuməti prioritet istiqamətləri müəyyənləşdirib"
“Azərbaycanda adambaşını ÜDM həcmi 2 dəfə artacaq”

"2013-2023-cü illər qızıl 10 illik" iqtisadi proqramı əsasında Azərbaycanda Ümumi Daxili Məhsul (UDM) 2 dəfə artacaq. Bunu SİA-ya eksklüziv açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycanda adambaşın düşən ÜDM 20 min dollardan çox olacaq. Vüqar Bayramov qeyd edib ki, qızıl 10 illiyin əsasını "2020 Gələcəyə baxış" konsepsiyası təşkil edəcək: "Prezident İlham Əliyevin 2012-ci ildə təsdiq etdiyi "2020 Gələcəyə Baxış" konsepsiyasının daxilində gələcək 8 ildə Azərbaycanda aparılan islahatlar və eləcədə qeyri-neft sektorunu dəstəkləyən proqramlar yer alır. Təbii ki, bu proqramlarda prioritet istiqamətlər nəzərdə tutulur".

Vüqar Bayramov bildirib ki, ölkə başçısının təsdiq etdiyi konsepsiya praktiki olaraq növbəti 10 ildə ölkəmizin inkişaf etmiş ölkələr siyahısına qatılmasına təkan verəcək. İqtisadçı ekspertin fikrincə, növbəti 10 ildə qeyri-neft sektorunun inkişafı üçün prioritet istiqamətlər müəyyənləşdirilib.

Qeyd edək ki, artıq Azərbaycan hökuməti prioritet istiqamətləri müəyyənləşdirib və bunun dəstəklənməsi siyasətini həyata keçirir. Qeyri-neft sektorunda emaledici sənaye daxil olmaqla turizm, informasiya texnologiyaları və aqrar sahələrin inkişafı üçün ciddi iqtisadi layihələrə start verilib. Artıq bu məqsədlə Texnoparklar yaradılıb ki, ölkə sənayesinin inkişafı üçün bu iri müəssisələr vergidən tam azad olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə