"Mərkəzi Bankın 30-dan artıq iqtisadçı və tədqitaçı tərəfindən üç il ərzində iqtisadiyyatın müxtəlif məsələləri üzrə 40-dan çox tədqiqat işləri aparıb". SİA-nın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Xaqani Abdullayev bildirib.
Onun sözlərinə görə, mərkəzi bankın tədqiqatçıları beynəlxalq səviyyəli nəşrlərdə və intelektual tədbirlərdə fəal iştirak etməyə başlayıblar: "Bu ilin sonuna kimi Azərbaycanda daha bir neçə iqtisadi modellərin qurulması planlaşdırılır. Ölkədə maliyyə risklərinin ölçülməsi ilə bağlı yeni modelin tamamlanması nəzərdə tutulur. Bundan başqa 2013-cü ildə ölkənin maliyyə sektorunun aktual məsələləri üzrə bəzi tədqiqat işləri yekunlaşdırılacaq. Aparılan tədqiqat işlərinin metodoloji bazası daim beynəlxalq ekspertizadan keçirilir. Dünyanın nüfuzlu bankları, beyin mərkəzləri ilə bu sahədə qarşılıqlı əməkdaşlıq edirik. Bu fəaliyyətin məntiqi davamı olaraq, Azərbaycan Mərkəzi Bankı "Mərkəzi Bank və İqtisadiyyat" adlı rüblük elektron jurnalın nəşrinə başlayıb. Jurnal maliyyə-bank sektorunun və iqtisadiyyatın müxtəlif sahələrinin nəzəri-praktiki aspektlərini, qlobal iqtisadi proseslərin, iqtisadi inkişafın müxtəlif məsələlərini özündə əks etdirən məqalələri və tədqiqatları əhatə edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB