Vitse-prezident: “ARDNŞ 2025-ci ilədək yeni yataqlarda hasilata başlayacaq

Vitse-prezident: “ARDNŞ 2025-ci ilədək yeni yataqlarda hasilata başlayacaq

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2025-ci ilədək Xəzərin Azərbaycan sektorunda olan yeni yataqlarda neft və qaz hasilatına başlayacaq". SİA-nın verdiyi xəbərə görə, bunu beynəlxalq neft-qaz konfransındakı çıxışı zamanı ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Suleyman Qasımov deyib.

Vitse-prezidentin sözlərinə görə, hasilata 2019-cu ildə başlaması nəzrədə tutulan "Babək" perspektiv sturukturunun qaz ehtiyatı 400 mlrd. kubmetr, kondensat ehtiyatı isə 80 mln. tondur: ""Qarabağ" yatağə isə hasilata 2021-ci ildə başlayacaq. Yatağının qaz ehtiyatı 20 mlrd. kubmetr, neft və kondensat ehtiyatı 20 mln. ton, hasilata 2023-cu ildə başlaması nəzərdə tutulan "Əşrəfi" yatağının qaz ehtiyatı isə 13 mlrd. kubmetr, neft və kondensat ehtiyatı isə 17 mln. ton səviyyəsində qiymətləndirilir. Kompleks tədbirlər planına əsasən, "Ümid", "Qarabağ", "Əşrəfi" yataqlarının, "Babək", "Abşeron", "Naxçıvan", "Şəfəq-Asiman", "D 30" perespektiv sturukturlarının və "Azəri-Çıraq-Dərinsulu-Günəşli" yataqlarının sərbəst qaz obyektlərinin tədricən abadlaşdırılması və istismara daxil edilməsi nəzərdə tutulur. Qeyd eilən yataqlardan "Ümid" "D 30", "Qarabağ", "Babək", "Əşrəfi" yataqlarının ARDNŞ tərəfindən, digər yataqlar isə xarici tərəfdaşlarla birgə işlənəcəyi planlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə